UEFA reytinqində bir sıra dəyişikliklər baş verib. Avropa Liqası və Konfrans Liqasında keçirilən matçların nəticələri bir çox ölkələrin mövqelərinə təsir edib. Bu dəyişikliklər Azərbaycandan da yan ötməyib.
Fins.az xəbər verir ki, "Qarabağ" Avropa Liqasında İsveçin "Malmö" komandasına 1:2 hesabı ilə məğlub olub. Nəticədə Azərbaycanın xal hesabı dəyişməyib və ölkəmiz 19,125 xalla Avropa reytinqində 28-ci yerə geriləyib. Bolqarıstan bizi keçərək, bir pillə irəliləyib. Bundan əvvəl, "Qarabağ" İngiltərənin "Tottenhem" komandasına 0:3 hesabı ilə məğlub olaraq, Rumıniya ilə olan mövqeyini də əldən vermişdi.
Cari mövsümdə Azərbaycan klubları ümumilikdə 2,375 xal toplayıb. Bu xallardan "Zirə" 1,250, "Qarabağ" 0,750, "Sabah" 0,250 və "Sumqayıt" isə 0,125 xal qazanıb.
İsveç isə iki pillə irəliləyərək Slovakiya və Macarıstanı geridə qoyub. Qazaxıstan, Latviya, İrlandiya və Yunanıstan da reytinqdə müvafiq olaraq öz mövqelərini yaxşılaşdırıblar.
Qeyd edək ki, UEFA reytinq cədvəlinə 92,446 xalla İngiltərə başçılıq edir. "Qarabağ" isə növbəti avrokubok matçını oktyabrın 24-də Niderlandın "Ayaks" komandası ilə keçirəcək.
Zemfira Ms
Fins.az