"Əvvəlki formatda keçirilən turnirdə formal oyunlar olurdu", - bu sözləri "Tottenhem"in baş məşqçisi Ange Postekoqlu Avropa Liqasının yeni formatı haqqında danışarkən bildirib.
Fins.az xəbər verir ki, baş məşqçi "Qarabağ"la keçiriləcək görüşdən əvvəl mətbuata açıqlamasında yeni formatın daha çox rəqabət potensiallı olduğunu vurğulayıb.
Postekoqlunun sözlərinə görə, əvvəl bəzi komandalar növbəti mərhələni vaxtından əvvəl təmin edirdi. İndi isə müxtəlif üslublu 8 fərqli komanda ilə qarşılaşmalar daha çox maraq doğurur.
Baş məşqçi həmçinin vurğulayıb ki, "Tottenhem" mövsüm üçün geniş heyət qurub və təxminən 50 oyun keçirəcəklər. Hər futbolçunun təxminən 35 oyunda iştirak edəcəyini qeyd edən Postekoqlu, rotasiya ilə bağlı diqqətli olduqlarını bildirib.
Qeyd edək ki, "Qarabağ"la oyun Londonda Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Zemfira Ms
Fins.az