İngiltərədə keçiriləcək UEFA Avropa Liqasının I turunda "Tottenhem" və "Qarabağ" komandaları arasında baş tutacaq matça azərbaycanlı azarkeşlərin marağı artmaqdadır.
Fins.az xəbər verir ki, komandanın mətbuat xidmətinin rəhbəri Anar Hacıyev, indiyədək 500-dən çox bilet alındığını və bu sayın daha da artmasının gözlənildiyini bildirib.
"Köhlən atlar" bu gün saat 17:00-da çarter reysi ilə Londona yola düşəcək. Oyundan bir gün öncə, Bakı vaxtı ilə saat 18:30-da baş məşqçi Qurban Qurbanovun mətbuat konfransı olacaq, ardından komanda açıq məşq keçirəcək.
Sentyabrın 26-da keçiriləcək "Tottenhem" – "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
"Qarabağ" matçdan sonra Vətənə qayıdacaq.
Zemfira Ms
Fins.az