Gələn həftə UEFA Avropa Liqasında yeni formatda keçirilən Liqa mərhələsinə start veriləcək.
Fins.az xəbər verir ki, Azərbaycan təmsilçisi "Qarabağ" ilk oyunda səfərdə İngiltərənin "Tottenham" komandası ilə qarşılaşacaq.
Turnirin yeni qaydalarına əsasən, hər komanda 8 fərqli rəqiblə üz-üzə gələcək.
"Qarabağ" ev oyunlarında "Malmö", "Ayaks", "Lion" və FCSB-ni qəbul edəcək, səfərdə isə "Tottenham", "Budyo Qlimt", "Elfsborq" və "Olimpiakos"la qarşılaşacaq.
Mütəxəssislər "Qarabağ"ın yaxşı nəticə göstərəcəyinə inanır və pley-off mərhələsinə yüksəlmə şanslarını yüksək qiymətləndirirlər.
Zemfira Ms
Fins.az