İDMAN

24 Sentyabr

Azərbaycan idmanı 51-ci yerdədir

Dünya ölkələrinin qlobal idman reytinqi açıqlanıb.

Fins.az xəbər verir ki, 2024-cü ilin ilk 8 ayı ərzində keçirilən yarışların nəticələri əsasında Azərbaycan 204 xalla 51-ci yerdədir.

İdmançılarımız xallarını 8 idman növü üzrə qazanıb.

Cüdo yığmamız 65 xal toplayıb. Boksda 32, sərbəst güləşdə 28, yunan-Roma güləşində 25, taekvondoda 24, 3x3 basketbolda 18, bədii gimnastikada 8, atletikada isə 4 xal əldə edilib.

Bu nəticələrlə Azərbaycan, Finlandiya, Gürcüstan, Bolqarıstan, Kuba və Yamayka kimi ölkələri geridə qoyub.

Avropa ölkələri arasında yığmamız 27-cidir. Kişi idmançılardan ibarət milli komanda 44-cü, qadın idmançılardan ibarət milli komanda isə 68-ci sıradadır.

135 ölkənin olduğu siyahıya 6371 xalla malik ABŞ başçılıq edir.

Zemfira Ms
Fins.az