Bu gün Azərbaycan Premyer Liqasında VII tura start veriləcək. İdman.biz-in məlumatına görə, ilk oyun günündə iki matç baş tutacaq.
Fins.az xəbər verir ki, günün açılışında "Kəpəz" öz meydanında "Şamaxı"nı qəbul edəcək. Gəncə təmsilçisi, 5 oyundan sonra xal qazana bilmədiyindən, uğursuz seriyaya son qoymağa çalışacaq.
Turun əsas görüşündə isə ölkənin ən titullu klubları "Qarabağ" və "Neftçi" qarşılaşacaq. Çempion "Qarabağ", evdə "Neftçi" ilə münasibətlərə aydınlıq gətirəcək. Qələbə üzünə həsrət qalan "Neftçi" isə azarkeşlərini sevindirmək üçün güclü rəqiblə mübarizə aparmağa hazırdır.
Misli Premyer Liqası
-
VII tur
20 sentyabr
17:00 - “Kəpəz” – “Şamaxı”
Baş hakim: Cavid Cəlilov
Tovuz şəhər stadionu20:00 - “Qarabağ” – “Neftçi”
Baş hakim: Əliyar Ağayev
Azərsun Arena
Cari Turnir Cədvəli:
- Turan Tovuz - 14 xal
- Qarabağ - 12 xal
- Sabah - 11 xal
- Araz-Naxçıvan - 10 xal
- Zirə - 9 xal
- Şamaxı - 8 xal
- Sumqayıt - 6 xal
- Səbail - 4 xal
- Neftçi - 4 xal
- Kəpəz - 0 xal
Bombardirlər:
- Cesse Sekidika ("Sabah") - 4 qol
- Davit Volkov ("Zirə"), Coy Lens Mikels ("Sabah") - 3 qol
Zemfira Ms
Fins.az