Budapeştdə keçirilən 45-ci Şahmat Olimpiyadası bütün sürəti ilə davam edir.
Fins.az xəbər verir ki, bu gün, IX turda, Azərbaycan kişilərdən ibarət komandası Yunanıstanla qarşılaşacaq.
Sonuncu oyunda İtaliya ilə bərabərlik (2:2) əldə edən yığmamız, VIII turdan sonra 11 xalla 20-ci yerdədir.
Eyni zamanda, qadın şahmatçılarımız İsveçrə ilə mübarizəyə çıxacaq. Onlar ötən turda İtaliya ilə bərabərə (2:2) qalıb və 11 xalla 20-ci yerdədirlər.
Qeyd edək ki, heyətlər hələ bəlli deyil, lakin bütün gözlər komandamızın üzərindədir.
Zemfira Ms
Fins.az