İDMAN

11 Sentyabr

Formula 1 Azərbaycan Qran-Prisinə böyük maraq: bütün tribuna biletləri satılıb

Formula 1 Qatar Airways Azərbaycan Qran-Prisinə olan maraq bu il gözləntiləri üstələyib.

Fins.az xəbər verir ki, Bakı Şəhər Halqası (BHŞ) Əməliyyat Şirkətindən verilən məlumata görə, sentyabrın 13-15-də baş tutacaq yarışa bütün tribuna biletləri satılıb. 

Azarkeşlərin böyük marağı səbəbindən əlavə olaraq "Zəfər" və "Qız Qalası" tribunaları təşkil edilib və tribunaların ümumi tutumu ötən ilə nisbətən 35 faiz artırılıb. Bu ilki yarış, təkcə azarkeşlər üçün deyil, bütün dünyanın diqqətini yenidən Bakıya çəkəcək.

Dördgünlük bilet sahibləri, yarışla yanaşı, Pit zolağı gəzintisi və dünya ulduzlarının konsert proqramlarında iştirak edəcək.
 

Zemfira Ms
Fins.az