"Qarabağ" FK-nın UEFA Avropa Liqasının Liqa mərhələsindəki rəqibləri müəyyənləşib.
Fins.az xəbər verir ki, ilk oyununu sentyabrın 25-26-da Niderlandın "Ayaks" klubuna qarşı evdə keçirəcək "Qarabağ", növbəti matçını oktyabrın 3-də İngiltərədə "Tottenhem"ə qarşı oynayacaq.
Ağdam təmsilçisi üçüncü görüşündə oktyabrın 24-də Fransanın "Lion" komandasını qəbul edəcək, daha sonra noyabrın 7-də Yunanıstanda "Olimpiakos"la üz-üzə gələcək. Noyabrın 28-də "Qarabağ" İsveçin "Malmö" klubunu evdə, dekabrın 12-də isə Norveçdə "Budyo Qlimt"i səfərdə qarşılayacaq.
Komanda, 2025-ci ilin yanvarında iki qarşılaşma keçirəcək. Yanvarın 23-də Rumıniyanın FCSB klubu ilə Bakıda, yanvarın 30-da isə İsveçin "Elfsborq" klubuna qarşı səfərdə oynayacaq.
Liqa mərhələsində 36 klub mübarizə aparacaq. 8 turdan sonra ilk 8 yerin sahibləri birbaşa 1/8 finala yüksələcək, 9-24-cü yerlərdə qərarlaşanlar isə pley-off mərhələsinə keçəcək. Digər 12 komanda isə mübarizəni dayandıracaq.
Fuad Mədətov
Fins.az