Paris-2024 Yay Paralimpiya Oyunlarında parataekvondo yarışlarına bu gün start verilib.
Fins.az xəbər verir ki, Azərbaycan millisinin heyətində ilk gün 58 kq, K44 çəki dərəcəsində Sabir Zeynalov iştirak edib.
Sabir Zeynalov ilk mərhələdən azad edildikdən sonra 1/4 finalda Yaponiya təmsilçisi Mitsuya Tanaka ilə qarşılaşıb. Gərgin keçən döyüşü 6:5 hesabı ilə qazanaraq yarımfinala yüksəlib.
Yarımfinalda Türkiyəli Can Özcanla mübarizə aparan Zeynalov 18:23 hesabı ilə məğlub olub və bürünc medal uğrunda yarışıb.
Bürünc medal üçün mübarizədə Tailandlı Tanva Taenxamı 12:3 hesabı ilə məğlub edərək, yığmamızın Fransa paytaxtında ilk medalını qazanıb.
Parataekvondo millimiz bu Paralimpiadaya 3 nəfərlə qatılıb.