Paris-2024 Yay Paralimpiya Oyunlarında bu gün parataekvondo yarışlarına start verilib.
Fins.az xəbər verir ki, Azərbaycan millisinin heyətində ilk gündə 1 paralimpiyaçı dayanqa çıxıb.
58 kq çəki dərəcəsində K44 kateqoriyasında mübarizə aparan Sabir Zeynalov ilk mərhələdən azad olaraq birbaşa 1/4 finalda yarışmağa haqq qazanıb. Bu mərhələdə o, Yaponiya təmsilçisi Mitsuya Tanaka ilə qarşılaşıb. Gərgin keçən döyüşdə Zeynalov 6:5 hesabı ilə qalib gələrək növbəti mərhələyə vəsiqə qazanıb.
Qeyd edək ki, Azərbaycan parataekvondo millisi Paris Paralimpiya Oyunlarında ümumilikdə 3 idmançı ilə təmsil olunur.