İngiltərənin məşhur futbol klubu «Liverpool»un İtaliyanın «Juventus» klubundan olan hücumçu Federiko Kiezaya dördillik müqavilə təklif etdiyi bildirilir.
Fins.az xəbər verir ki, Kieza üçün təklif olunan müqavilə illik €5 milyon maaş təmin edəcək.
«Juventus»un bu transfer üçün €15 milyon qiymət qoyduğunu qeyd edir. 26 yaşlı hücumçu bu mövsüm italyan Serie A-da hələ də heç bir oyun keçirməyib və hazırkı müqaviləsi 2025-ci ilin yayına qədər qüvvədədir. Transfermarkt portalının verdiyi məlumata görə, Kiezanın bazar dəyəri €35 milyon təşkil edir.
Federiko Kieza, 2024-cü ilin Avropa Çempionatında İtaliya millisi ilə dörd oyunda iştirak edib. Bu transfer müqaviləsi ilə bağlı əlavə məlumatların yaxın günlərdə açıqlanması gözlənilir.