Münhenin "Bavariya" klubunun hücumçusu Harri Keyn, keçən mövsümün yekunlarına görə Avropanın bütün çempionatları arasında ən yaxşı bombardir olaraq "Qızıl Butsa" mükafatını aldı. İngiltərəli hücumçunun "Bundesliga"da hesabında 36 qol var.
Fins.az xəbər verir ki, 31 yaşlı Keyn avqust 2023-cü ildə Londonun "Tottenhem" klubundan Münhenin "Bavariya"sına keçdi, transfer məbləği €95 mln təşkil etdi. 2023/2024 mövsümündə hücumçu Alman klubunda bütün turnirlərdə 45 oyunda iştirak etdi, 44 qol vurdu və 12 nəticəli ötürmə etdi.
Keçən mövsümün yekunlarına görə "Bavariya" heç bir titul qazanmamışdı. İngiltərə yığmasında Harri Keyn Avropa Çempionatının — 2024 finalına yüksəldi. Bu oyunun qalibi İspaniya milli komandası oldu.