İDMAN

02 Avqust

"Sabah" və "Şamaxı" arasındakı oyunun tarixi dəyişdirilib

“Sabah” klubunun rəsmi müraciəti və “Şamaxı” klubunun rəsmi razılığı əsasında Peşəkar Futbol Liqasının qərarı ilə Konfrans Liqasında ölkəmizi təmsil edən “Sabah” klubunun növbəti mərhələyə daha yaxşı hazırlaşması və mümkün zədələrin qarşısının alınması məqsədilə 1-ci turun “Şamaxı” – “Sabah” oyunu ilə 18-ci turun “Sabah” – “Şamaxı” oyununun yeri dəyişdirilib.

Fins.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb. İndi I turun oyunu 4 avqust (bazar) saat 17:30-da “Bank Respublika Arena”da “Sabah” və “Şamaxı” arasında keçiriləcək.

Qeyd edək ki, komandaların əvəzedici heyətləri arasında görüş əvvəlcədən planlaşdırıldığı kimi baş tutacaq.