İDMAN

02 Avqust

Azərbaycan UEFA Reytinqində 23-cü sıraya yüksəlib

Azərbaycan UEFA reytinqində bir pillə irəliləyərək 23-cü sıraya yüksəlib.

Fins.az xəbər verir ki, bu irəliləyiş avrokuboklarda II təsnifat mərhələsinin cavab oyunlarının nəticələrinə əsaslanır.

Hazırda ölkənin əmsalı 18,375-dir. Çempionlar Liqasında "Qarabağ" komandası Cəbəllütariqin "Linkoln" komandasını 5:0 hesabı ilə məğlub edib. "Köhlən atlar" səfərdə də 2:0 hesabı ilə qalib gəlmişdi.

"Zirə" isə Slovakiyada "DAK 1904" klubunu 2:1 hesabı ilə üstələyib və ilk dueldə 4:0 hesabı ilə inamlı qələbə qazanmışdı.

"Sabah" klubu İsrailin "Makkabi" (Hayfa) kollektivinə əlavə vaxtda 3:6 hesabı ilə uduzsa da, penaltilər seriyasında 3:2 hesabı ilə qalib gələrək mərhələni adlayıb.

Evdə Macarıstan təmsilçisi "Fehervar"a məğlub olan "Sumqayıt" səfərdə qolsuz heç-heçə etsə də, mübarizəni dayandırmalı olub.

Bu qarşılaşmalar Azərbaycanın reytinqinə 0,625 xal əlavə edib. 24-cü pillədə yer alan Rusiyanın 18,299, 22-ci yerdəki Macarıstanın isə 19,500 xalı var.

Ümumilikdə 55 ölkənin yer aldığı reytinq siyahısına İngiltərə 89.160 xalla başçılıq edir.