İDMAN

31 İyul

Azərbaycan millisinin futbolçusu Finlandiya klubuna keçib

Azərbaycan millisinin futbolçusu Ozan Can Kökçü karyerasını Finlandiyada davam etdirəcək. 

Fins.az xəbər verir ki, Niderland təmsilçisi “Eyndhoven”dən ayrılan 25 yaşlı yarımmüdafiəçi HİK-ə keçib. 

O, Helsinki klubu ilə 2,5 illik müqavilə imzalayıb. 

Qeyd edək ki, Ozan Can Kökçü 2022-ci ildən “Eyndhoven”in formasını geyinib.

Kaira Ağayeva 

Fins.az