Yetərincə şanslarımızdan istifadə edə bilmədik.
Fins.az xəbər verir ki, bunu Avstriya millisinin baş məşqçisi Ralf Ranqnik Türkiyəyə qarşı AVRO-2024-ün 1/8 final mərhələsinin oyunundan sonra mətbuat konfransında deyib.
Mütəxəssis oyun boyu əllərinə düşən fürsətlərdən yararlana bilmədiklərini söyləyib:
“Yetərincə şanslarımızdan istifadə edə bilmədik. Rəqibin hücumlarının qarşısını ala bilmədik. Keçirdiyimiz 4 görüşün hər birini yüksək səviyyədə keçirdik. Qarşıda bizi Millətlər Liqasının və dünya çempionatının seçmə mərhələsinin oyunları gözləyir”.
Qeyd edək ki, Almaniyada keçirilən Avropa çempionatının 1/8 finalında Türkiyəyə 1:2 hesabı ilə məğlub olan Avstriya turnirlə vidalaşıb.
Kaira Agayeva
Fins.az