İDMAN

17 May

FİFA dünya çempionatı ilə bağlı qərar verdi

2027-ci ildə keçiriləcək qadınlar arasında dünya çempionatının yeri bəlli olub.

Fins.az xəbər verir ki, bu barədə qərar FİFA-nın 74-cü Konqresində qəbul olunub.

Mundiala Braziliya ev sahibliyi edəcək. Yarış üçün Belçika, Almaniya və Niderland da birgə sifariş versə də, FİFA çempionatı Cənubi Amerika ölkəsinə həvalə edib.

Qeyd edək ki, 2027-ci ilin iyun-iyul aylarında keçiriləcək çempionata 32 komanda qatılacaq.