İDMAN

10 May

İlin ən yaxşı baş məşqçisi, futbolçusu və komandası adına namizədlər açıqlanıb

2024-cü il "Globe Soccer Awards" mükafatına namizəd baş məşqçi, futbolçu və komandaların adları açıqlanıb.

Fins.az xəbər verir ki, siyahıda 15 çalışdırıcı, 20 futbolçu və 15 klub yer alıb.

Baş məşqçilər: Xabi Alonso (“Bayer”, Almaniya ), Ruben Amorim (“Sportinq”, Portuqaliya), Karlo Ançelotti (“Real Madrid”, İspaniya), Mikel Arteta (“Arsenal”, İngiltərə), Unay Emeri (“Aston Villa”, İngiltərə), Luis Enrike (PSJ, Fransa), Can Pyero Qasperini (“Atalanta”, İtaliya), Xosep Qvardiola (“Mançester Siti”, İngiltərə), Ulrix Hönes (“Ştutqart”, Almaniya), Simone İnzagi (“İnter”, İtaliya), Miçel (“Jirona”, İspaniya), Tyaqo Motta (“Bolonya”, İtaliya), Edin Terziç (“Borussiya Dortmund”, Almaniya), Tomas Tuxel (“Bavariya”, Almaniya), Xavi Ernendes (“Barselona”, İspaniya).

Futbolçular: Alessandro Bastoni, Hakan Çalhanoğlu (hər ikisi “İnter”), Cud Bellingem, Toni Kroos, Vinisius Junior (hamısı “Real Madrid”), Fil Foden, Erlinq Holann, Rodri, Bernardu Silva (hamısı “Mançester Siti”), Antuan Qrizmann (“Atletiko Madrid”), Aleks Qrimaldo (“Bayer”), Seru Girassi (“Ştutqart”), Mats Hummels (“Borussiya Dortmund”), Harri Keyn, Yozua Kimmix (hər ikisi “Bavariya”), Lautaro Martines ("İnter"), Kilian Mbappe (PSJ), Kol Palmer (“Çelsi”), Bukayo Saka (“Arsenal” ), Məhəmməd Salah (“Liverpul”).

Klublar: “Arsenal”, “Atalanta”, “Barselona”, “Bayer”, “Bavariya”, “Borussiya Dortmund”, “Brest” (Fransa), “Jirona”, “İnter”, “Liverpul”, “Mançester Siti”, “Monako” (Fransa), PSJ, “Real Madrid”, “Sportinq”.

Qeyd edək ki, qaliblər Avropa Klublar və Futbol Agentləri Assosiasiyasının mayın 28-də təşkil edəcəyi mərasimdə açıqlanacaq.

 

©azertac