İDMAN

07 May

Millimiz (U-17 Qadınlar) İnkişaf Turnirində son oyununu keçirəcək

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Belarusun paytaxtı Minskdə təşkil olunan UEFA İnkişaf Turnirində bu gün sonuncu oyununu keçirəcək.

Fins.az xəbər verir ki, Millimiz Bakı vaxtı ilə saat 12:00-da ABFF Təlim-Məşq Mərkəzində Türkiyənin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

Qeyd edək ki, U-17 ilk iki görüşündə Belarus (1:3) və Qazaxıstan (2:2, penaltilərlə 1:4) kollektivlərinə məğlub olub. Türkiyə millisi isə həm Qazaxıstan (5:0), həm də Belarus (3:1) yığması üzərində qələbə qazanıb.