İDMAN

03 May

Bədii gimnastika üzrə Avropa Kuboku start götürüb

Bu gün Avropa Gimnastikasının təşəbbüsü ilə Azərbaycanda ilk dəfə olaraq bədii gimnastika üzrə Avropa Kuboku start götürüb. Mayın 5-dək davam edəcək yarışda 34 ölkənin idmançıları mübarizə aparırlar.

Fins.az xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunacaq yarışda 37 ölkəni təmsil edən 160 idmançı bacarığını nümayiş etdirir.

Üç gün davam edəcək yarışın proqramına əsasən böyük fərdi gimnastlar "çarpaz-qarşılaşmalar" sistemi ilə mübarizə aparacaqlar. Bununla da onlar təsnifat yarışlarından sonra final mərhələsinə yüksəlmək üçün bir-biriləri ilə güclərini yoxlayacaqlar. Avropa kubokunda qaliblər fərdi və çoxnövçülük proqramında, eləcə də komanda hesabında müəyyənləşəcək.