İDMAN

24 Aprel

Azərbaycan çempionatına yekun vurulub

Fins.az xəbər verir ki, voleybol üzrə qadın və kişilər arasında keçirilən Azərbaycan çempionatına yekun vurulub. Bakı İdman Sarayında qadınlar arasında baş tutan həlledici oyunda "Abşeron" klubunu 3:1 hesabı ilə məğlub edən “Azərreyl” ölkə çempionu adını qazanıb. "Abşeron" gümüş, "Murov Az Terminal" komandası isə bürünc medal qazanıblar.
 
Kişilər arasında isə “Azərreyl” Azərbaycan çempionu olub. “Murov Az Terminal” gümüş, “Neftçi” isə bürünc medallara layiq görülüblər.