İDMAN

11 Aprel

Bu gün Avroliqada 1/4 final günüdü

Bu gün UEFA Avropa Liqasında 1/4 final mərhələsinə start veriləcək.

Fins.az xəbər verir ki, ilk oyunların hamısı eyni gündə keçiriləcək.

1/8 finalda "Qarabağ"ı mübarizədən kənarlaşdıran "Bayer" evdə "Vest Hem"lə üz-üzə gələcək. Xabi Alonsonun baş məşqçilik etdiyi Leverkuzen təmsilçisi 41 oyundur ki, uduzmur.

Həmçinin "Liverpul" "Atalanta"nı, "Milan" "Roma"nı, "Benfika" "Marsel"i qəbul edəcək.

UEFA Avropa Liqası, 1/4 final mərhələsi, ilk oyunlar

23:00. "Milan" (İtaliya) - "Roma" (İtaliya)

23:00. "Bayer" (Almaniya) - "Vest Hem" (İngiltərə)

23:00. "Benfika" (Portuqaliya) - "Marsel" (Fransa)

23:00. "Liverpul" (İngiltərə) - "Atalanta" (İtaliya)