Mövsümün sonunda "Mançester Yunayted"dən ayrılacağı gözlənilən Antoni Martialla bağlı "Fənərbağça"nın iddiaları gündəmdə qalmaqdadır.
Fins.az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, "İnter" də Martialın yerini tutub.
İtalyan nəhənginin ilk seçiminin Albert Qudmundsson olduğu vurğulansa da, Martial adının da masada olduğu bildirilib.
Digər tərəfdən, eyni xəbərdə Anthony Martialın "Fənərbaxça"nın və iki üst səviyyə Fransa komandasının radarında olduğu qeyd edilib.
2015-ci ildən “Mançester Yunayted”də çıxış edən Marsialın ingilis nəhəngi ilə mövsümün sonunda başa çatan müqaviləsi var.
Onun 1 illik variantı olsa da, 28 yaşlı futbolçunun "qırmızı şeytanlar"dan ayrılacağı dəqiq hesab edilir.
"Mançester Yunayted" Antoni Marsialı 2015-16 mövsümünün əvvəlində 60 milyon avroya "Monako"dan transfer edib.
Bu mövsüm ümumilikdə 19 matça çıxan və 629 dəqiqə meydanda olan fransız futbolçu 2 qol və 1 məhsuldar ötürmə ilə hesaba töhfə verib.
Günel Məlikzadə
Fins.az