İDMAN

08 Aprel

“Zirə” tarixinin ən böyük hesablı ev qələbəsi

“Zirə” Azərbaycan çempionatlarının yüksək dəstəsində ən böyükhesablı ev qələbəsini qazanıb.

Fins.az PFL-in saytına istinadən xəbər verir ki, Rəşad Sadıqovun komandası buna Misli Premyer Liqasının 29-cu turunda nail olublar.

Bakı klubu öz meydanında “Qəbələ”ni 4:0 hesabı ilə məğlub edib. Zirənin eyniadlı təmsilçisi bunadək evdə ən böyük fərqlə - üç top üstünlüyü ilə qalib gəlib. Buna üç dəfə təsadüf olunub.

“Zirə” tarixinin Premyer Liqadakı ən böyükhesablı qələbəsini də təkrarlayıb. 2015/16 mövsümündə “Rəvan”ın qapısından 4 cavabsız top keçirən qəsəbə klubu yenə eyni hesabla qalib gəlib. 2016-cı il aprelin 10-da baş tutan həmin qarşılaşmanı “Zirə” səfərdə keçirib.