İDMAN

07 Aprel

"Zirə" "Qəbələ" ilə, "Neftçi" "Sumqayıt"la üz-üzə

Bu gün Misli Premyer Liqasında 29-cu tura yekun vurulacaq.

Fins.az xəbər verir ki, son gündə 2 matç keçiriləcək. Əvvəlcə 3-cü pillədəki "Zirə" autsayder "Qəbələ"ni qəbul edəcək. Görüş saat 16:30-da başlayacaq.

Digər matçda isə 2-ci yerdəki "Neftçi" evdə 4-cü pillədəki "Sumqayıt"la qarşılaşacaq. Bu oyun saat 20:00-da start götürəcək.

7 aprel (bazar)
 
16:30."Zirə" – "Qəbələ"
Hakimlər: Rəvan Həmzəzadə, Eyyub İbrahimov, Teymur Teymurov, Cavid Cəlilov
Zirə İdman Kompleksinin stadionu
 
20:00. "Neftçi" – "Sumqayıt"
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Cabarov
"Neftçi Arena"

5 aprel (cümə)

“Araz-Naxçıvan” – “Kəpəz” - 1:2

6 aprel (şənbə)

"Qarabağ” – “Səbail” - 4:2

“Turan Tovuz” – “Sabah” - 2:0

N Klublar O Q H M T-F X
1 Qarabağ 29 23 3 3 81-26 72
2 Neftçi 28 12 7 9 35-29 43
3 Zirə 28 11 9 8 22-18 42
4 Sumqayıt 28 11 9 8 27-32 42
5 Sabah 29 11 7 11 39-35 40
6 Turan Tovuz 29 10 9 10 44-39 39
7 Səbail 29 10 8 11 42-46 38
8 Araz-Naxçıvan 29 8 8 13 28-39 32
9 Kəpəz 29 8 6 15 32-54 30
10 Qəbələ 28 4 4 20 20-52 16

Bombardirlər:

Olavio Juninyo ("Qarabağ") - 17 qol
Aleksandr Ramalinqom ("Səbail") - 11 qol

aYassin Benzia ("Qarabağ") - 11 qol
Orxan Əliyev ("Araz-Naxçıvan") - 9 qol