İDMAN

06 Aprel

Galatasaray-ın sevimlisi Kenny Tete..

Ara transfer dönəmində "Qalatasaray"ın gündəmində olan Kenni Tetedə qızğın inkişaf yaşanıb. 

Fins.az xəbər verir ki, Kenny Tete kitabı bir daha Qalatasarayda açıla bilər.

Aralıq transfer dönəmində "sarı-qırmızılılar"ın hədəfində olan holland sağ cinah müdafiəçisi yeni macəraya başlamağa hazırlaşır.

2020-ci ildən “Fulhem”də çıxış edən Kenni Tetenin İngiltərə komandası ilə mövsümün sonunda başa çatan müqaviləsi var.

Məşhur jurnalist Nikolo Şiranın xəbərinə görə, təcrübəli futbolçu hələ də "Fulhem"lə yeni müqavilə ilə bağlı razılığa gələ bilməyib.

Xəbərlərdə Kenni Tetenin mövsümün sonunda azad agent kimi komandadan ayrıla biləcəyi vurğulanıb.

Bu mövsüm bütün yarışlarda 18 matça çıxan və 1145 dəqiqə meydanda olan Kenni Tete 1 qola töhfə verib.

Günel Məlikzadə
Fins.az