İDMAN

03 Aprel

Pep Qvardiola "Mançester Siti"yə bəd xəbər verib

İngiltərə Milli Komandasının Braziliya ilə oyununda zədələnən Kayler Uokerlə bağlı Mançester Sitiyə pis xəbər gəlib.

Fins.az xəbər verir ki, "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola açıqlamasında bunları deyib:

"Klub həkimi Kayl Uokerin gələn həftə oynayacağımız Real Madrid matçına hazır olmayacağını söylədi. Amma Kayl Uokerin xüsusi genetikası var. Həkim bunun çox ciddi olduğunu deyib" 

Qeyd edək ki,  Kayl Uoker bu mövsüm "Mançester Siti"nin heyətində 38 oyun keçirib. İngilis futbolçu bu matçlarda 3 məhsuldar ötürmə edib.

Günel Məlikzadə
Fins.az