İDMAN

02 Aprel

Baş hakim Halil Umut Meler üçün sürpriz tapşırıq

Fənərbaxçanın səfərdə Trabzonsporu 3-2 məğlub etdiyi matçın sonunda yaşanan hadisələr günlərdir gündəmdədir. Gərgin keçən qarşılaşmanın baş hakimi Halil Umut Meler 31-ci həftədə keçiriləcək İstanbulspor-Çaykur Rizespor matçını idarə edəcək.

Fins.az xəbər verir ki, superliqada 31-ci həftənin VAR hakimləri açıqlanıb. Gərgin keçən “Trabzonspor” – “Fənərbaxça” matçının baş hakimi Halil Umut Meler “İstanbulspor” – “Çaykur Rizespor” matçına VAR hakimi təyin edilib.

Günün digər oyunlarının VAR hakimləri:

  • Qalatasaray - Atakaş Hatayspor: Serkan Tokat
  • Gaziantep FK - Corendon Alanyaspor: Alper Ulusoy
  • Bitexen Antalyaspor - MKE Ankaragücü: Tugay Kaan Numanoğlu

Günel Məlikzadə
Fins.az