İDMAN

01 Aprel

Qalatasarayda ulduz futbolçular limitdə

Qalatasaray Super Liqanın 31-ci həftəsində RAMS Parkda "Hatayspor"la qarşılaşacaq. Çempionluq yolunda xal itirmək istəməyən Qalatasarayda önəmli adlar sarı vərəqə cəza limitindədir.

Fins.az xəbər verir ki, "Qalatasaray"dan Serxio Oliveyra, Davinson Sançes, Hakim Ziyeç, Kaan Ayhan və Kerem Aktürkoğlu matçdan əvvəl sarı vərəqə cəzası limitindədir. Bu futbolçular sabahkı qarşılaşmada vərəqə alarsa, 32-ci həftədə keçiriləcək "Korendon Alanyaspor" matçında meydana çıxa bilməyəcək.

"Qalatasaray"ın 32 yaşlı qapıçısı Günay Güvenç cəzalı olduğu üçün heyətdə olmayacaq. Kasımpaşa matçından sonra Türkiyə Futbol Federasiyası Peşəkar Futbol İntizam Komitəsi tərəfindən 2 oyunluq cəzalanan Günay, "Akdəniz" təmsilçisi ilə qarşılaşmada heyətdə yer ala bilməyəcək.

Günel Məlikzadə
Fins.az