İDMAN

21 Fevral

Son çempion Maks Verstappen zirvədədir

Formula 1-də 2024-cü il mövsümünün başlamasına az qalmış komandalar ilk sınaqlar üçün trasa çıxıblar.

Fins.az xəbər verir ki, Bəhreyndə keçirilən ilk məşqdə Red Bull-un 3 qat dünya çempionu pilotu Maks Ferstappen 1.32.548 göstərici ilə birinci yeri tutub.

Verstappendən 0,699 saniyə geri qalan Ferrari pilotu Çarlz Lekler ikinci olub. 

Birinci yerdən 0,837 saniyə geri qalan Aston Martin pilotu Fernando Alonso məşqi üçüncü yerdə başa vurub.

Komandaların sınaqları yeni mövsümə qədər 3 gün davam edəcək.

Günel Məlikzadə
Fins.az