"Fənərbağça"nın 2023-24 mövsümünün ilk transferi olan Rayan Kent gözləntilərin altında qaldı.
Fins.az xəbər verir ki, ara transfer dövründə son anda Latsio-ya keçidi baş tutmayan Rayan Kent üçün Fənərbaxça qərarını verib.
Heyətində 15 əcnəbi futbolçu olan "Fənərbaxça" 1 futbolçunu buraxacaqdı. Bu qərar sarı-göylülərin heyətində Rayan Kentin xeyrinə verilib.
“Fənərbaxça” Rayan Kenti TFF siyahısına bildirməyib.
Baş məşqçi İsmail Kartal da "Alanyaspor" matçından sonra verdiyi açıqlamada məsələyə toxunaraq bildirib: "Ryan Kent bizim oyunçumuzdur. Bunu Avropa siyahısına yazdıq. Siyahını 48 saat ərzində TFF-yə verəcəyik. 15 əcnəbi var. Onlardan 1-ni kənarlaşdıracağıq. Komandamla birlikdə dəyərləndirib qərar verəcəyik”.
Mövsümün qalan hissəsində liqada oynaya bilməyəcək Rayan Kent "Fənərbağça"nın Avropa siyahısında yer alıb.
Beləliklə, ingilis cinah oyunçusu sarı-lacivərdlilərin UEFA Avropa Konfransı Liqası matçlarında iştirak edə biləcək.
Bu mövsüm ümumilikdə 16 matçda iştirak edən Rayan Kent 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Günel Məlikzadə
Fins.az