İDMAN

06 Fevral

"Qalatasaray" sol müdafiəçini Azərbaycana göndərir

Ara transfer dövründə heyətini Serj Aurier və Karlos Vinisiusla gücləndirən Qalatasaray, sol cinah müdafiəçisinin transferi üçün düyməni basdı. Sarı-qırmızılıların futbol direktoru Cenk Ergün, Azərbaycan komandalarından "Qarabağ"da çıxış edən 22 yaşlı Toral Bayramovu izləmək üçün ölkəyə gedib.

Fins.az xəbər verir ki, Superliqada çempionluq uğrunda mübarizə aparan "Qalatasaray" da çatışmayan sahələri gücləndirmək istəyir. Sarı-qırmızılı komanda Sacha Boeyin gedişindən sonra Serj Aurieri heyətinə qatıb və Bakambunun boşluğunu Karlos Vinisiusla doldurub. Mövsümün əvvəlində transfer olunan, lakin göstərdiyi performansla gözləntilərdən aşağı düşən Ancelino komandadan ayrıldıqdan sonra Toral Bayramov üçün tədbir görülüb. Sol cinah transferini bir an əvvəl başa çatdırmaq istəyən sarı-qırmızılı komandanın futbol direktoru Cenk Ergün ötən həftə 22 yaşlı sol cinah müdafiəçisini "Qarabağ"da oynamasını izləmək üçün Azərbaycana gedib. Hər iki cinahda oynaya bilən Bayramovla bağlı müsbət hesabat verən Cenk Ergünün Azərbaycan futbolunda daha bir neçə diqqətçəkən futbolçuya baxdığı öyrənilib.

Menecer Elvin Zeynalov Türkiyə liqalarında azərbaycanlı futbolçuların sayının artdığına diqqət çəkdi; "Arzumuz iki qardaş ölkənin futbolçularının eyni komandada çıxış etməsidir. Azərbaycanda çox istedadlı adlar var. Türk futboluna töhfə verəcək çoxlu istedadlar var. Türkiyə liqaları da azərbaycanlı futbolçular üçün çox vacib bir sahədir. Toral Bayramov 3 böyük komandada oynaya bilən addır.Turan Manafov və Ruslan Hacıyev "Biz də saya bilərik. Azərbaycanda daha çox adlar var".

Günel Məlikzadə
Fins.az