İDMAN

31 Yanvar

\"Fenerbahçe\" Migel Kresponu rəsmən açıqlayıb

"Fənərbaxça" 2021-22 mövsümündə 1,5 milyon avroya transfer etdiyi Migel Kresponu mövsümün sonuna qədər İspaniya komandalarından "Rayo Valyekano"ya icarəyə verib.

Fins.az xəbər verir ki, sarı-göylü komandadan verilən açıqlamada portuqaliyalı yarımmüdafiəçinin satın alma opsiyonu ilə icarəyə götürüldüyü bildirilib.

“Fənərbaxça” ilə cəmi 80 matça çıxan Migel Krespo 5028 dəqiqə meydanda olub və 5 qol, 7 məhsuldar ötürmə ilə hesaba töhfə verib.

27 yaşlı futbolçu 2022-23 mövsümündə "Fənərbaxça" ilə Ziraat Türkiyə Kubokunun qalibi olub.

Günel Məlikzadə
Fins.az