İDMAN

30 Yanvar

İngilislərdən maraqlı şərh Altay Bayındır: \"Onun Billy Elliotun qəşəng ayaqları var\"

Altay Bayındır ötən yay "Fənərbağça"dan transfer olduğu "Mançester Yunayted"də İngiltərə Federasiya Kubokunda "Nyuport Kaunti" ilə oyunda debüt edib. 

Fins.az xəbər verir ki, "Mançester Yunayted"in 4:2 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəldiyi matçdan sonra İngiltərə mətbuatı Altayın çıxışını şərh edib. 

Daily Mail Altay Bayındırı Billy Elliotla (ailəsinin etirazına baxmayaraq baletə başlayan uşağın hekayəsini izah edən İngilis filmi) müqayisə edərək, "Onun Billy Elliotun qəşəng ayaqları var" dedi.

The Sun- da çıxan xəbərdə Altay Bayındırın buraxdığı iki qolda daha əzmkar və aqressiv olması lazım olduğu şərh edilib və 25 yaşlı qolkiperin bəzi mövqelərdə keyfiyyətini göstərdiyi bildirilib.

“Mirror” da Altayın “Nyuport Kaunti”yə qarşı tam arxayın olmadığı vurğulanıb.

Günel Məlikzadə
Fins.az