İDMAN

25 Noyabr

“Qarabağ” Türkiyəyə yola düşdü - FOTO

Bakı, 25 noyabr Fins.az

“Qarabağ” bu gün UEFA Avropa Liqasının IV turunun “Sivasspor”la matçı üçün Türkiyəyə yola düşüb.

Komanda Heydər Əliyev adına Hava Limanından İstanbula uçub.

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov bu gün Bakı vaxtı ilə saat 20:00-da mətbuat konfransında jurnalistlərin suallarını cavablandıracaq. Saat 20:30-da isə komanda matçın keçiriləcəyi “İstanbul Başakşəhər” klubunun Fatih Terim adına stadionunda son məşqinə çıxacaq.

Qeyd edək ki, “Qarabağ” - “Sivasspor” matçı sabah Türkiyədə baş tutacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 21:55-də başlayacaq. Azərbaycan təmsilçisi ölkədəki hərbi vəziyyətlə əlaqədar ev oyunlarını neytral meydanda keçirir.