İDMAN

19 Noyabr

DÇ-2022: Səbətlərin tərkibi dəqiqləşdi

Bakı, 19 noyabr Fins.az 

UEFA Millətlər Liqasının qrup oyunlarından sonra 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində səbətlərin tərkibi dəqiqləşib.

Fins.az-ın məlumatına görə, püşkatmada 55 yığma 6 qrupa bölünəcək. İlk 5 səbətdə 10, sonuncuda isə 5 komanda qərarlaşıb.

C Liqasındakı yerini qoruyan Azərbaycan millisi 5-ci səbətdə yer alıb.

1-ci səbət: Belçika, Fransa, İngiltərə, Portuqaliya, İspaniya, Xorvatiya, İtaliya, Almaniya, Danimarka, Niderland

2-ci səbət: İsveçrə, Polşa, İsveç, Uels, Ukrayna, Avstriya, Slovakiya, Serbiya, Türkiyə, Rumıniya

3-cü səbət: Rusiya, İrlandiya, Şimali İrlandiya, Norveç, Macarıstan, İslandiya, Şotlandiya, Çexiya, Finlandiya, Yunanıstan

4-cü səbət: Bosniya və Herseqovina, Sloveniya, Monteneqro, Şimali Makedoniya, Bolqarıstan, Albaniya, Gürcüstan, İsrail, Belarus, Lüksemburq

5-ci səbət: Kipr, Ermənistan, Farer Adaları, Estoniya, Azərbaycan, Qazaxıstan, Kosovo, Litva, Latviya, Andorra

6-cı səbət: Moldova, Malta, Lixtenşteyn, Cəbəllütariq, San Marino

Qeyd edək ki, DÇ-2022-nin püşkatma mərasimi dekabrın 7-də keçiriləcək.