Bakı, 17 noyabr Fins.az
Futbol üzrə Azərbaycan millisi bu gün növbəti matçına çıxacaq.
Fins.az xəbər verir ki, yığmamız Canni Millətlər Liqasının qrup mərhələsindəki sonuncu oyununu keçirəcək.
Canni De Byazinin komandası Lüksemburqda meydan sahibləri ilə görüşəcək. C liqasının 1-ci qrupunun son turunun qarşılaşması hər iki komandanın taleyinə aydınlıq gətirəcək.
Lüksemburq qrup qalibi kimi B liqasına yüksəlmək uğrunda mübarizə aparır. Millimiz isə sonuncu yerlə C liqasında qalmaq uğrunda pley-offa düşməmək üçün çalışır.
Lüksemburqun Joze Bartel stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
Qeyd edək ki, qrupun eyni vaxtda başlayacaq digər matçında Monteneqro və Kipr üz-üzə gələcək.
Millətlər Liqası
VI tur, 17 noyabr
C liqası, 1-ci qrup
23:45. Lüksemburq - Azərbaycan
Baş hakim: Feliks Zvayer (Almaniya)
Lüksemburq. Joze Bartel stadionu