Türkiyə və Rusiya yığmaları UEFA Avropa Liqasında V turun ikinci oyun günündə qarşılaşıblar.
İstanbulun “Şükrü Saracoğlu” stadionunda keçirilmiş görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:2.
Hesabı 11-ci dəqiqədə Rusiya millisi açıb. 24-cü dəqiqədə qonaq komanda Andrey Semyonovun qırmızı vərəqə almasına görə azlıqda qalıb.
26-cı dəqiqədə Kenan Karaman, 32-ci dəqiqədə Cengiz Ünder fərqlənib. 52-ci dəqiqədə isə Cenk Tosun penaltini dəqiq yerinə yetirib.
57-ci dəqiqədə Daler Kuzyayev fərqi azalda bilib. Lakin bu, oyunda vurulan son qol olub.
Bununla da Rusiya səkkiz xalla birinci, Türkiyə altı xalla üçüncü pillədədir.