İDMAN

12 Noyabr

İrqçiliyə görə istefa verən assosiasiya prezidenti FIFA-dan ayrılır

İngiltərə Futbol Assosiasiyasının (FA) sabiq prezidenti Qreq Klark FIFA-dakı vəzifəsindən də ayrılır.

Fins.az ali futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, vitse-prezident postunu tutan funksioner istefa verməyə hazırlaşır.

Qeyd edək ki, Klark daha əvvəl Mədəniyyət, Media və İdman Departamentinin üzvləri ilə videokonfrans formatında iclasda təxribatçıların sosial mediada oyunçulara qarşı irqçi hücumlarından danışıb. Bu zaman o, qaradərili oyunçular barədə "rəngli futbolçular" ifadəsini işlədib. Funksioner elə həmin gün istefa verib.