İDMAN

12 Noyabr

Araz Abdullayevin çıxış etdiyi klubda kütləvi yoluxma

Azərbaycan millisinin futbolçusu Araz Abdullayevin çıxış etdiyi Türkiyənin "Boluspor" klubunda koronavirusa yoluxan şəxslərin sayı artıb.

Fins.az klubun rəsmi tvitter səhifəsinə istinadən xəbər verir ki, bölgə təmsilçisində 5 oyunçu, 1 məşqçisi və klubun 3 işçisinin testi müsbət nəticələnib.

Beləliklə, 8 futbolçu, 1 məşqçi, 1 tibb işçisi və klubun 4 əməkdaşının koronavirus səbəbindən karantində olduğu açıqlanıb.

Qeyd edək ki, Araz Abdullayev Azərbaycan yığmasının 3 oyun üçün hazırkı təlim-məşq toplanışına çağırılmayıb.