21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi komandası bu gün Avropa çempionatının seçmə mərhələsində sonuncu oyununu keçirəcək.
Fins.az xəbər verir ki, Milan Obradoviçin baş məşqçi olduğu komanda səfərdə İsveçrə ilə üz-üzə gələcək. Matç Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
2-ci qrupun digər matçında Gürcüstan Slovakiya ilə, Lixtenşteyn isə Fransa ilə qarşılaşacaq.
12 noyabr
22:00. İsveçrə - Azərbaycan
Baş hakim: Kaspar Syiberq (İsveç)
Tyun. “Tyun Arena”