İDMAN

11 Noyabr

AFFA "Zirə"nin qapıçısını cəzalandırdı

Bakı, 11 noyabr Fins.az

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Fins.az AFFA-nın saytına istinadən  xəbər verir ki, Azərbaycan Premyer Liqasının 9-cu turunda səfərdə "Sabah"a 1:0 hesabı ilə qalib gələn "Zirə"nin qapıçısı Mateus Albino bu görüşdə ikinci sarı vərəqəni alaraq meydandan qovulduğu üçün bir oyunluq cəzalandırılıb.

Qəsəbə təmsilçisi bunun üçün 200 manat ödəməli olacaq. "Sabah"ın isə 4 oyunçusu sarı vərəqə alıb və klub 800 manat məbləğində cərimə edilib.

“Sumqayıt”ın 5 futbolçusu səfərdə "Səbail"ə 1:2 hesabı ilə uduzduqları matçda sarı vərəqə aldığı üçün klub 200 manat cərimələnib.

"Keşlə"nin "Qəbələ"ni 3:1 hesabı ilə məğlub etdiyi matçda klubların bəzi rəsmi şəxsləri “A” buraxılış vərəqəsindən istifadə etmədiyi üçün hər iki klub ayrı-ayrılıqda 800 manat cərimə olunub.

"Qarabağ"ın "Neftçi"ni 6:0 hesabı ilə məğlub etdiyi görüş öncəsi təcili yardım nümayəndəsi təyin olunan vaxtda (yeni təlimata görə oyunun başlamağına ən geci 45 dəqiqə qalmış) gəlmədiyi üçün paytaxt klubu 400 manat cərimə olunub.