İDMAN

11 Noyabr

Azərbaycan – Monteneqro oyununda rusiyalı hakimlər

Bakı, 11 noyabr Fins.az

Millətlər Liqasının 5-ci turunda keçiriləcək Azərbaycan – Monteneqro matçınım hakim təyinatları açıqlanıb.

Fins.az AFFA-nın saytına istinadən xəbər verir ki, görüş rusiyalı hakimlərə tapşırılıb.

Oyunu Sergey İvanov idarə edəcək. Yan xətdə ona Roman Usaçev və Valeri Dençenko köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Kirill Levnikov yerinə yetirəcək.

Qeyd edək ki, noyabrın 14-də “İvan Lalyak-İviç” stadionunda keçiriləcək Azərbaycan – Monteneqro görüşü Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.