İDMAN

11 Noyabr

Azərbaycanlı hücumçu klubsuz qaldı

Bakı, 11 noyabr Fins.az

Azərbaycanlı futbolçu Nurlan Novruzov Estoniyanın “Narva Trans” klubundan ayrılıb.

Fins.az xəbər verir ki, bu barədə 27 yaşlı hücumçu öz Feysbuk səhifəsində məlumat yayıb. O, paylaşımında “Narva Trans”a təşəkkür edib.

Nurlan Novruzov 2020-ci ilin fevralından “Narva Trans”da çıxış edirdi. O, Estoniya təmsilçisində 23 oyuna 1 qol vurub.

Qeyd edək ki, Novruzov karyerası ərzində Azərbaycanda “Bakı”, “Sumqayıt”, Səbail”, Türkiyədə “Şanlıurfa”, “Dersim 62 Spor”, Moldovada “Dinamo-Auto” kimi klublarda oynayıb.