Bakı, 11 noyabr Fins.az
"Neftçi”nin idman direktoru Ceyhun Sultanov və baş məşqçi Füzuli Məmmədov Premyer Liqanın son turunda "Qarabağ"la oyundan (0:6) sonra istefa veriblər.
Fins.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Sultanov və Məmmədov bununla bağlı "Neftçi” rəhbərliyinə müraciət edib və onların istefa ərizəsi klub rəhbərliyi tərəfindən qəbul olunub.
Məmmədov 2018-ci ilin yayından "Neftçi"də çalışırdı. O, əvvəlcə Roberto Bordinin köməkçisi, italiyalı mütəxəsisin qış fasiləsində istefaya göndərilməsindən sonra onun yerinə baş məşqçi vəzifəsinə gətirilmişdi.
Qeyd edək ki, bu haqda xəbəri ilk olaraq sportinfo.az saytı yayıb.