İDMAN

10 Noyabr

"Latsio"nun futbolçusu millimizə qarşı oynaya biləcək

Monteneqro millisinin futbolçusu Adam Maruşiç  Millətlər Liqasında Azərbaycan və Kiprlə matçlarda meydana çıxa biləcək.

Fins.az xəbər verir ki, "Latsio" yarımmüdafiəçisinin millinin düşərgəsinə yollanmasının qarşısını ala bilməyib. Çünki koronavirusa yoluxma halları olan klub regional səhiyyə orqanlarından (ASL)  oyunçularının təcriddə qalması və ölkəni tərk etməməsi  barədə bir sənəd ala bilməyib.

Qeyd edək ki, Azərbaycan - Monteneqro görüşü noyabrın 14-ü keçiriləcək.