UEFA Çempionlar Liqasının qrup mərhələsinin VI turunun "Midtüllan" (Danimarka) - "Liverpul" (İngiltərə) oyunu baş tutmaya bilər.
Fins.az xəbər verir ki, buna səbəb Danimarkada koronavirusun yeni növünün aşkarlanmasıdır.
İddiaya görə, mersisaydlılar sözügedən ölkədən qayıtdıqdan sonra 2 həftə karantində qalmalıdırlar. Bu isə komandanın planlarına uyğun gəlmir.
Qeyd edək ki, qarşılaşma dekabrın 9-da keçirilməlidir. Komandalar arasında ilk oyunda "Liverpul" 2:0 hesablı qələbə qazanıb.