İDMAN

04 Noyabr

"Qarabağ" Sivasda Dövlət Himni və gül-çiçəklə qarşılandı

Avropa Liqasının I qrupunun III turunda Türkiyədə "Sivasspor"la üz-üzə gələcək "Qarabağ" komandası Sivas hava limanında xoş sürprizlə qarşılaşıb.

Fins.az Ağdam klubunun rəsmi feysbuk səhifəsinə istinadən xəbər verir ki, Sivas valiliyi və Sivas Milli Təhsil İdarəsi tərəfindən komandanın baş məşqçisi Qurban Qurbanova gül dəstəsi, Türkiyə bayrağı və "Qurani-Kərim" hədiyə olunub.

Daha sonra xüsusi ansambl Azərbaycan Respublikasının Dövlət Himnini və Türkiyənin İstiqlal Marşını səsləndirib.

Yerli klub isə rəsmi tvitter hesabından "Qarabağ" klubunun postunu paylaşaraq "Sivasa xoş gəldiniz, bura sənin evindir" yazıb.

Qeyd edək ki, noyabrın 5-də "Yeni Sivas 4 Eylül" stadionunda keçiriləcək "Sivasspor" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 21:55-də start götürəcək.