Sabah Avropa Liqasının qrup mərhələsinin III turunda Türkiyədə "Sivasspor"un qonağı olacaq "Qarabağ" Bakını tərk edib
Fins.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi bu gün saat 11:30-da Sivas şəhərinə yollanıb.
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov bu gün Bakı vaxtı ilə saat 19:40-da mətbuat konfransında jurnalistlərin suallarını cavablandıracaq. Saat 20:00-da isə komanda matçın keçiriləcəyi "Sivas 4 Eylül" stadionunda son məşqinə çıxacaq.
Qeyd edək ki, "Sivasspor" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 21:55-də start götürəcək.